Ukraynada təxminən 180 min vətəndaş səhvən məcburi köçkün kimi ödənişlər alır.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna baş nazirin müavini - müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib.

O, qeyd edib ki, bu gün 2 milyon 600 min nəfər məcburi köçkünlər üçün ödənişlər alır: "İki ailə üzvü, məsələn, həm ata, həm də ana eyni uşaqlar üçün ödəniş üçün müraciət etdikdə reyestrdə də səhvlər aşkar edilib". 

Baş nazirin müavini bildirib ki, bütün səhvlər aradan qaldırılacaq və belə şəxslərə ödənişlər dayandırılacaq.

Ağarza Elçinoğlu