Norveç hökuməti Malidəki səfirliyinin fəaliyyətinə son vermək qərarına gəlib.

"Unikal" xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, hökumət Mali ilə yanaşı Burkino Faso, Niger, Moritaniya və Çadda təmsil olunan Bamkodakı səfirliyinin fəaliyyətini təhlükəsizlik səbəbi ilə ilin sonuna qədər dayandırıb.

Norveç xarici işlər naziri Anniken Huitfeldtin sözlərinə görə, bölgədə tezliklə sülhün bərqərar olunması vacibdir.