Türkiyənin Çorum vilayətində meşəlik ərazidə yanğın başlayıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Gökgözlər və Kuyumcu kəndləri arasındakı meşəlik ərazidə qeydə alınıb.

Obruk su anbarının ətrafındakı meşəlik ərazidən tüstünün qalxdığını görən vətəndaşlar yanğınsöndürmə idarəsinə məlumat veriblər.

Bundan sonra əraziyə Çorum və ətraf rayonlardan yanğınsöndürmə qrupları cəlb edilib.