İstanbulun Fatih bölgəsində beşmərtəbəli hoteldə yanğın olub.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın elektrik lövhəsindən başlayıb.

Qısa müddətdə binanı bürüyən qatı tüstü turistlərə qorxulu anlar yaşadıb.

Yanğınsöndürənlər binadan 40 nəfəri təxliyə edib. Ölən və xəsarət alan yoxdur.