Gürcüstanın hakim "Gürcü arzusu" partiyası prezident Salome Zurabişvilinin Avropaya səfərinə görə ona qarşı impiçment proseduruna başlayır.

"Unikal" xəbər verir ki, bu Gürcüstan mətbuatı məlumat yayıb.

"Salome Zurabişvili Gürcüstan Konstitusiyasını kobud şəkildə pozmaqda ittiham olunur", - "Gürcü arzusu"nun lideri İrakli Kobaxidze brifinqdə deyib.

Xatırladaq ki, Zurabişvili avqustun 31-də Gürcüstana Aİ-yə namizəd statusunun verilməsini dəstəkləyən xarici liderlərlə görüşmək üçün Avropaya gedib. 

Gürcüstan hökuməti prezidentin bu səfərini rəsmən rədd edib.

Ağarza Elçinoğlu