"Artıq altı Afrika ölkəsinə Rusiya taxılının təmənnasız tədarükü üzrə praktiki işlərə başlanılıb".
"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov tələbələr və professor-müəllim heyəti ilə görüşündə deyib.
"Ərzaq təhlükəsizliyindən söz düşmüşkən, Putinin Rusiya-Afrika sammitində bəyan etdiyi kimi, Rusiya taxılının ən çox ehtiyacı olan altı Afrika ölkəsinə təmənnasız tədarükü üçün artıq praktiki iş təşkil olunur", - deyə nazir açıqlayıb.
Onun sözlərinə görə, hər bir dövlətə 50 min tona qədər taxıl tədarükü nəzərdə tutulub.
Ağarza Elçinoğlu