"Siyasi və iqtisadi həyatın mərkəzi tədricən Asiya ölkələrinə keçəcək və onların inkişaf tempi nəzərə alınmaqla bu proses təbiidir".

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Vacib olanlardan danış” adlı açıq dərs zamanı deyib.

"Yeri gəlmişkən, biz uzun müddətdir ki, Asiya ölkələri ilə münasibətlərimizin inkişafına, daha çox diqqət yetiririk. Biz bunu təbii şəkildə edirik, çünki Asiya və Asiya ölkələrinin inkişaf tempini nəzərə alaraq deyə bilərik ki, iqtisadi və siyasi həyatın mərkəzi tədricən bu regionlara keçəcək. Bu, tamamilə obyektiv, qaçılmaz bir prosesdir”.