Rusiya 2030-cu ilə qədər bir milyon İHA mütəxəssisi hazırlamağı planlaşdırır.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib. O, qeyd edib ki, pilotsuz təyyarə sənayesi çox sürətlə inkişaf etdiyi üçün bu sayda kadr kifayət etməyə bilər.

"İyun ayında Nazirlər Kabineti Rusiyada 2030-cu ilə qədər pilotsuz təyyarələrin inkişafı strategiyasını təsdiqləyib. Ona görə, yaxın 6,5 il ərzində ölkədə mülki pilotsuz təyyarələrin yaradılması və istifadəsi ilə bağlı iqtisadiyyatın yeni qolu meydana çıxmalıdır" -deyə Putin bildirib.