Sentyabrın 2-də səhər saatlarında İsrailin Təl-Əviv şəhərində Eritreyadan olan qaçqınların da iştirak etdiyi iğtişaşlar zamanı 100-dən çox insan xəsarət alıb.

“Unikal” xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

İğtişaşıar Afrika Respublikasının səfirliyinin təşkil etdiyi tədbirin keçirildiyi yerdə iğtişaşlar baş verib. Ziyarətçilər arasında İsrailin hazırkı hökumətinin əleyhdarları da olub ki, onlar etiraz əlaməti olaraq zalı dağıtmağa, yaxınlıqdakı mağazaların şüşələrini sındırmağa başlayıblar. Onlar yaxınlıqda dayanmış avtomobillərə də ziyan vurublar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açmalı olub.

Hazırda qurbanların dəqiq sayı məlum deyil. Yaralıların sayının 100 nəfəri keçdiyi qeyd edilib.

"Ümumilikdə 43 yaralı Təl-Əvivin mərkəzindəki xəstəxanaya yerləşdirilib, onlardan 14-nün vəziyyəti ağırdır", - İxilov klinikasının həkimi Esti Sayaq bildirib.

Onun sözlərinə görə, beş xəstəyə intubasiya lazımdır. Həmçinin bəzi hallarda təcili əməliyyatlar edilməli olub.

Bundan əlavə, İsrail polisinin mətbuat xidməti mühafizəçilər arasında yaralıların olduğunu açıqlayıb. Qarşıdurma zamanı 27 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb, lakin onlardan heç birinin vəziyyəti ağır deyil.