Gürcüstanın Acarıstan Muxtar Respublikasında Kobuleti dolama yolunda qəza baş verib.
“Unikal” Gürcüstan mediasına istinadən xəbər verir ki, baş verən qəzada 3 nəfər ölüb, daha iki nəfər yaralanıb. Ölənlər Türkiyə vətəndaşlarıdır.
Yüksək sürətlə hərəkət edən avtomobil hərəkətdə olan qoşquya çırpılıb.
Hadisə ilə bağlı cinayət işi başlanıb, bir neçə saat magistral yol bağlanıb.










.jpg)

.jpg)
























.jpg)




















