ABŞ Energetika Nazirliyinin sabiq rəhbəri, Birləşmiş Ştatların BMT-dəki keçmiş daimi nümayəndəsi Bill Riçardson 76 yaşında vəfat edib.

"Unikal" CNN-ə istinadən xəbər verir ki, Riçardson Massaçusetsdəki bağ evində yuxuda ölüb.

Nyu-Meksiko ştatının keçmiş qubernatoru olan Riçardson son illərdə xaricdə bu və ya digər səbəbdən saxlanılan Amerika vətəndaşlarının azad edilməsi ilə məşğul olub. O, həmçinin Moskva və Vaşinqton arasında məhbusların mübadiləsinə dair dialoqda qeyri-hökumət xətti üzrə iştirak edib.