Qabonun Keçid və Qurumların Bərpası Komitəsinin (CTRI) nümayəndəsi polkovnik Ulrix Manfumbi dövlət televiziyası ilə respublikanın sərhədlərinin açıldığını elan edib.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, hakimiyyəti ələ keçirən hərbçilər sentyabrın 2-dən ölkənin quru və hava sərhədlərini açıblar. Bu qərar dəniz sərhədlərinə də şamil edilib. 

Manfumbinin sözlərinə görə, bu yolla keçid hökuməti “beynəlxalq öhdəlikləri yerinə yetirmək üçün güclü istək” nümayiş etdirmək və digər ölkələrlə yaxşı münasibətlər saxlamaq istəyir.