Müxalif “Vahid Qırğızıstan” parlament fraksiyasının lideri Adaxan Madumarov dövlətə xəyanətdə şübhəli bilinərək oktyabrın 24-dək həbs edilib.

“Unikal” TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

“Bişkek şəhərinin Pervomayski rayon məhkəməsinin 2 sentyabr 2023-cü il tarixli qərarı ilə Daxili İşlər Nazirliyinin müstəntiqinin vəsatəti təmin edilib, Madumarov barəsində oktyabrın 24-dək həbs-qətimkan tədbiri seçilib”, - məlumatda deyilir.

Siyasətçinin vəkili Gülyana Ubalıyevanın sözlərinə görə, Madumarov dövlətə xəyanət maddəsi ilə ittiham olunub. Hələlik vəkil işin materialları ilə tanış ola bilməyib.