58 yaşlı amerikalı Tami Manis qadınlar arasında keçirilən dünyanın ən uzun buruq saçlısı yarışının qalibi olub.

“Unikal” xəbər verir ki, Manis 172,72 santimetr uzunluğunda saçları ilə Ginnesin Rekordlar Kitabına düşüb.

Ən uzun dalğavari saçlı qadın rekordunu qıran Manis sonuncu dəfə 1990-cı ilin fevralında saçlarını kəsdirib. 

Saçlarının özündən uzun olduğu üçün adətən hörükdən istifadə etdiyini deyən Manis, onların bu qədər uzanmasında genetik xüsusiyyətlərinin də təsirli olduğunu bildirib.