Ermənistan Müdafiə Nazirliyi iki erməni hərbçinin mühəndis işlərini yerinə yetirərkən baş verən partlayış nəticəsində öldüyünü bildirib.

"Unikal" erməni mediasına istinadən xəbər verir ki, hadisə saat 17:30 radələrində yol tikintisi üçün partlayış işləri aparılarkən baş verib. Ölənlər mayor Arman Rubikoviç Babacanyan və əsgər Artur Haykoviç Poqosyandır.

Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün araşdırma aparılır.