Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan Ankara ilə münasibətlərin normallaşmasına önəm verir və bu prosesi Bakı ilə münaqişənin həlli ilə əlaqələndirmir.

"Unikal" "İnterfaks"a istinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, İrəvan Türkiyə ilə münasibətlərin tənzimlənməsini vacib hesab edir.

“Biz Ermənistan-Türkiyə münasibətlərini Ermənistan-Azərbaycan münasibətləri ilə bağlamırıq", - deyə Paşinyan qeyd edib.

O əlavə edib ki, Ankaraya səfəri zamanı və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təmaslar nəticəsində onda belə təəssürat yaranıb ki, Ermənistanla münasibətlərin tənzimlənməsi Türkiyə tərəfi üçün də vacibdir.

Onun fikrincə, bu prosesdə çətinliklər olsa da, bunun üçün imkanlar var.