Cəbhət ən-Nusra” terror qruplaşmasının yaraqlıları Suriyanın Latakiya əyalətində hökumət qoşunlarının müdafiəsinin ön xəttini yarmağa cəhd ediblər, nəticədə 14 hərbçi həlak olub.

"Unikal" “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriyada müharibə edən tərəflərin Barışıq Mərkəzinin rəis müavini kontr-admiral Vadim Kulit bildirib.

“Latakiya əyalətinin Beyt Smayra qəsəbəsi ərazisində “Cəbhət ən-Nusra” terror təşkilatının bir qrup silahlısı minaatan və artilleriya atəşi ilə müdafiənin ön xəttini yarmağa cəhd göstərib. Hücum dəf edilib, mövqelər saxlanılıb. Toqquşma zamanı 14 suriyalı hərbçi həlak olub, 5 terrorçu öldürülüb”, - o deyib.