Suriya prezidenti Bəşər Əsəd 2012-ci ildən silahlı qarşıdurma zamanı fəaliyyət göstərən hərbi məhkəmələri ləğv edən fərman verib.

"Unikal" xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb .

Sənədə əsasən, əvvəllər başlanmış bütün cinayət işləri hərbi prokurorluğun yurisdiksiyasına veriləcək. Qeyd olunur ki, məhkəmə istintaqı cinayət məcəlləsinin müddəalarına və hərbi ədalət prinsiplərinə uyğun aparılacaq.

“Al Modon” portalının məlumatına görə, Əsədin fərmanı Suriya hökumətinin ölkədə milli harmoniyanın möhkəmləndirilməsi istiqamətində atdığı addımlarla bağlıdır.

Əsəd avqust ayında Rusiya və İranın dəstəyinin ölkənin böhrandan çıxma qabiliyyətinə mühüm təsir göstərdiyini bildirib .

Bundan əvvəl Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Vadim Kulit bildirib ki, Rusiya Suriyada Rusiya hərbçilərinə qarşı silahlıların təxribatlarına yol verməyəcək .