Hindistan ətraf mühiti qorumaq üçün bioyanacaq alyansı təklif edir.

"Unikal" xəbər verir ki, bu barədə Hindistanın baş naziri Narendra Modi deyib.

“Bu gün hər bir cəmiyyətdə öz sağlamlığına, nə almasına, nə yeməsinə, nə etməsinə fikir verən insanlar var, hər bir qərar onun sağlamlığına necə xidmət edəcəyinə əsaslanır. Onların seçimi təkcə bu gün onlara necə təsir edəcəyi ilə deyil, həm də uzunmüddətli nəticələrlə müəyyən edilir”, - Modi bildirib.

Onun sözlərinə görə, insanlar “planetimizi dərk etmək” üçün birləşə bilərlər.

Bundan əvvəl Modi " Press Trust of India"ya müsahibəsində Hindistan hökumətinin Afrika ölkələri ilə əməkdaşlığı özünün əsas prioritetlərindən biri hesab etdiyini bildirib . Modi qeyd edib ki, Hindistanın Afrikaya yaxınlığı minilliklər boyu davam edən mədəni və ticarət əlaqələri, habelə müstəmləkəçilik əleyhinə hərəkatların ortaq tarixi sayəsində təbiidir.

Modi həmçinin bildirib ki, bugünkü çoxqütblü dünyada beynəlxalq təşkilatlar 20-ci əsrin qaydalarına uyğun hərəkət edə bilməz, mövcud reallıqları qəbul etməyə və “səslərin təmsil olunmasını təmin etməyə” çağırır.