Türkiyənin Quşadası bögəsində 4.6 maqnitudalı zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkan 7 km dərinlikdə baş verib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.