Rusiyanın "Ağ qu quşu" adlanan səsdən sürətli strateji bombardmançı Tu-160 unikal ölümcül silahıdır.

"Unikal" xəbər verir ki, bu barədə Çinin “Baijiahao” nəşri məlumat yayıb. 

Bildirilir ki, Tu-160 dünyanın ən böyük uzaqmənzilli bombardmançısıdır. Yarandığı gündən bəri təyyarə 40-dan çox dünya rekordu qırmağı bacarıb.

Nəşr Tu-160-ın fərqləndirici xüsusiyyətləri kimi bombardmançı təyyarənin səsdən sürətli rejimdə olarkən düşmənin hava hücumundan müdafiə sistemini dəf etmək qabiliyyətini və radar məsafəsindən kənarda uzaq mənzilli raketlərin buraxılmasını adlandırıb.

"Baijiahao" belə qənaətə gəlib ki, hazırda dünyanın heç bir ölkəsi belə bombardmançı təyyarə istehsal edə bilməz. 

Gülayə  Mecid