Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasının (AES) birinci blokunun 2024-cü ildə işə salınacağı gözlənilir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.

Onun sözlərinə görə, iki ölkənin bu sahədə əməkdaşlığın inkişafı üçün perspektivləri mövcuddur.

"Akkuyu AES-in tikintisi davam edir, Rusiyanın atom yanacağının Akkuyu AES-ə birinci partiyasının tədarükündən sonra Türkiyə artıq sözün əsl mənasında beynəlxalq nüvə dövlətləri klubunun üzvü oldu. Hər şey plan üzrə davam edərsə, gələn il birinci bloku işə salacağıq. Burada əməkdaşlığımızın davamının maraqlı mümkün variantları var", - Rusiya prezidenti deyib.