Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putini “ən qısa zamanda” Türkiyəyə səfərə dəvət edib.

“Unikal” Rusiya mediasına istinadən xəbər verir ki, Soçidəki danışıqlardan sonra Rusiya prezidenti ilə vidalaşan Türkiyə lideri “Sizi ən qısa zamanda bizdə gözləyəcəm” deyib. 

Qeyd edək ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bu gün Soçidə görüşüblər. Bu, onların təxminən bir illik fasilədən sonra ilk görüşü idi.

Nuranə Abbasova