BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Cinayət Məhkəməsində islahatlar aparılmalıdır.

"Unikal" xəbər verir ki, bu bəyanatla Almaniyanın xarici işlər naziri Annalena Berbok çıxış edib.

“BMT Təhlükəsizlik Şurasını düşünün. Sonuncu dəfə 60 il əvvəl islahat edilib. O vaxtdan bəri nəinki vahid Almaniya yarandı, 60-a yaxın dövlət müstəqillik yolunu tutdu - Afrikada, Latın Amerikasında, Asiyada. Bu dövlətlər haqlı olaraq qərarların qəbulunda səs və danışıqlar masasında yer tələb edirlər”, – Berbok  bildirib.

O, qeyd edib ki, beynəlxalq maliyyə institutları, səhiyyə orqanları və G20-yə oxşar formatların da islahatlara ehtiyacı var.

Ramil Zeynallı