Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan yenidən görüşə bilərlər. 

"Unikal" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğanın BMT-yə səfərindən sonra görüşün baş tutması ehtimal olunur. 

"Putinin bəyanatlarından belə nəticəyə gəldik ki, taxıl dəhlizi ilə bağlı danışıqlar hələ bir müddət davam edəcək. Hər iki lider Ərdoğanın BMT-dəki təmaslarından sonra yenidən görüşə bilər", - məlumatda deyilir.  

Qeyd edək ki, Türkiyə lideri sentyabrın 17-21-də keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün ABŞ-yə gedəcək. 

Ağarza Elçinoğlu