Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borell sentyabrın 7-8-də Gürcüstana səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidməti məlumat yayıb. 

"Onun komissar kimi Gürcüstana ilk səfəri Gürcüstanın Avropaya inteqrasiya yolunda irəliləyişini müzakirə etməyə, xarici siyasət və daha geniş regional məsələlər üzrə fikir mübadiləsi aparmağa imkan verəcək", - deyə məlumatda qeyd olunub. 

Borel Gürcüstan prezidenti, baş nazir, xarici işlər naziri, deputatlar və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcək.

Ağarza Elçinoğlu