300-ə yaxın qız fransız məktəblərinə ölkədə təhsil müəssisələrində geyilməsi qadağan olunmuş uzun ənənəvi ərəb paltarlarında gəlib.

"Unikal" xəbər verir ki,  bu barədə Fransanın təhsil naziri Qabriel Attal məlumat yayıb.  

"Bazar ertəsi günü 298 nəfər dini geyimdə məktəblərə gəlib. 67 qız paltar dəyişməkdən imtina edərək evə göndərilib”, - o deyib. 

Fransada dini geyimlərin qadağası qərarı avqust ayında Attal tərəfindən açıqlanıb.