Tayvanda denqe qızdırması hallarının sayı səkkiz illik rekordu qırıb.

"Unikal" xəbər verir ki, adada 4,3 min sakində infeksiya təsdiqlənib.

Yerli Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatına görə, avqustun 29-dan bəri bir həftə ərzində mindən çox yoluxmuş insan müəyyən edilib. Ən çətin vəziyyət yoluxmuşların 87%-ni təşkil edən Tainan şəhərindədir.

Hesabat müəllifləri qeyd ediblər ki, qızdırma epidemiyası əlverişsiz hava şəraiti ilə çətinləşir. Tayvanı yayda bir neçə tayfun vurmuşdu. Yağışlar arbovirus daşıyıcısı olan ağcaqanadların sayının artmasına səbəb olur.

Agentlik qeyd edib ki, indiyədək 6 ölüm faktı qeydə alınıb.