Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan açıq Avropa turnirinin ikinci günündə bir medal qazanıblar.
"Unikal" xəbər verir ki, millinin 7 üzvü yarışa qoşulsa da, onlardan yalnız Ruslan Nəsirli fəxri kürsüyə çıxa bilib.
O, 100 kq çəki dərəcəsində bürünc mükafata yiyələnib. Bununla da Azərbaycan millisi açıq Avropa turnirini 3 medalla tamamlayıblar.
Qeyd edək ki, cüdoçularımız yarışın ilk günündə 1 qızıl, 1 gümüş medal əldə ediblər. Nəriman Mirzəyev (73 kq) çempion olubsa, İslam Rəhimov (66 kq) ikinci yeri tutub.