Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

"Unikal" xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda Gürcüstan təmsilçisi Givi Maçaraşvili ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Maqomedov həm finala yüksəlib, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

xxx

18:06

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

"Unikal" xəbər verir ki, 97 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finaldan başlayaraq, bu raunda qədər bütün rəqiblərinə qalib gəlib.

O, 1/4 finalda almaniyalı Erik Tileni “tuş”la məğlub edib.

Hacı Əliyev (65 kq) və qadın güləşçi Alyona Kolesnik (59 kq) isə 1/4 finalda rəqiblərinə uduzublar.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-də başa çatacaq.