Türkiyəli aktrisa Dəniz Baysal və Devrim Özkanın baş rolunu paylaşacağı "Ne gemiler yaktım" serialının aktyor heyəti bəlli olmağa başlayıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, layihədə "Çukur" serialında "Vartolu" obrazını canlandıran Erkan Kolçak Köstendillə Bərk Hakman rol alacaqlar.

Qeyd edək ki, ekran işi "Show" kanalında yayımlanacaq.