Ötən gecə Astara rayonunun Şağlazüzə kəndində yol uçqunu baş verib, Siyokəş kəndinə gedən körpü dağılıb.

"Unikal" xəbər verir ki, sel suları Astara rayonunun Şağlazüzə kəndində bir sıra fəsadlar törədib. Pensər- Şağlazüzə-Şamətük kəndlərini birləşdirən yol çöküb, nəqliyyatın hərəkəti dayanıb.

Şağlazüzə-Siyokəş yolunu birləşdirən körpü də dağılıb.