Türkiyənin Ankara şəhərinin Yenimahallə rayonunda süngər fabrikində baş verən yanğında 2 nəfər həyatını itirib.

"Unikal" xəbər verir ki, saat 11:00 radələrində GER-SAN Sənaye Sahəsinin Tahsin Karaman küçəsində yerləşən 2 mərtəbəli süngər fabrikində yanğın baş verib. Küləyin təsiri altında alov sürətlə böyüyüb. Yanğın fabrikin qarşısında dayanan mikroavtobusa da keçib. Artan tüstü şəhərin bir çox yerindən görünüb.

Fabrikdə mühasibat müdiri işləyən Müge Çətin və iraqlı işçi Safire Acem həyatını itirib. Yanğınsöndürmə briqadalarının işi nəticəsində ölənlərin cəsədləri çıxarılaraq yarılma üçün Məhkəmə Tibb Müəssisəsinə aparılıb.