Bu ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə endirilməsi gözlənilir.
"Unikal" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin geniş iclası zamanı deyib.
O bildirib ki, dövlət başçısının Hökumət qarşısında qoyduğu başlıca tapşırıqlardan biri də bu ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə nail olunmasıdır.
Bu məqsədlə Nazirlər Kabinetinin 2023-cü il 15 iyul tarixli Sərəncamı ilə “İnflyasiya və qiymət monitorinqi” üzrə yaradılmış İşçi qrup tərəfindən inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində zəruri işlər görülməkdədir.
Vurğulanıb ki, inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə müvafiq tədbirlərin görülməsi davam etdiriləcəkdir. Məhz bu baxımdan ortamüddətli dövrdə də Hökumət qarşısında əsas çağırışlardan birinin makroiqtisadi sabitliyin və büdcə dayanıqlığının təmin edilməsinin olduğu bildirildi.