Fransa prezidenti Emmanuel Makron və Roma Papası Fransisk bağlı qapılar arxasında beynəlxalq vəziyyəti, xüsusən də Ukrayna, Qarabağ və Afrikadakı vəziyyəti müzakirə ediblər.
"Unikal" "Frans Press" agentliyinə istinadən xəbər verir ki, yarım saata yaxın davam edən görüşdə tərəflər miqrasiya böhranı, ekologiya kimi mövzulara da diqqət yetiriblər.