Fransada polis zorakılığına qarşı nümayişlərdə iştirak edənlərin sayı 31 min nəfər təşkil edib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyinin məlumatında deyilir. 

Nümayişçilər arasında həm həmkarlar ittifaqları və tələbə hərəkatlarının, həmçinin siyasi partiyaların, xüsusən də Fransa Kommunist Partiyasının və “Tabe olmayan Fransa”nın nümayəndələri də var.