Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.
Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilmişdir.
***
Ruben Vardanyan Azərbaycan sərhədində saxlanılıb.
"Unikal" xəbər verir ki, məlumatı TASS-a onun yaxınları təsdiqləyiblər.
Bildirilir ki, separatçıların keçmiş "dövlət naziri" Vardanyan Gorusa getməyə cəhd edərkən Azərbaycanla sərhəddə saxlanılıb.
***
Xəbər verdiyimiz kimi, separatçıların keçmiş "dövlət naziri" Ruben Vardanyanın saxlanılması ilə bağlı məlumat yayıb.
"Unikal" xəbər verir ki, Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabənd mediaya açıqlamasında ərindən xəbər ala bilmədiyini qeyd edib.
***
13:27
Rusiyalı milyarder Ruben Vardanyanın saxlanıldığı barədə məlumat yayılıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat dərc edib.
Bildirilir ki, separatçıların keçmiş "dövlət naziri" Vardanyan Ermənistana getmək istəyərkən Laçın keçid məntəqəsində saxlanılıb.
Hələlik bununla bağlı rəsmi məlumat yoxdur.