Təhsil İnstitutuna yeni direktor təyin edilib.

"Unikal" xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Elnur Əliyev təyin edilib. O, bu təyinata qədər Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Təhsil İnstitutunun bundan əvvəlki direktoru Rüfət Eyvaz oğlu Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.