Şimali Koreya KXDR sərhədini qanunsuz keçərək siyasi sığınacaq istəyən amerikalı əsgər Trevis Kinqi ölkədən çıxaracaq.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu  barədə Şimali Koreya hakimiyyəti məlumat yayıb.

Bildirilir ki, Şimali Koreyanın kəşfiyyat orqanlarının Kinqin dindirilməsini başa çatdırdığını açıqlayıb. O, sərhədi qanunsuz keçdiyini etiraf edib və bildirib ki, “qeyri-insani rəftar və irqi ayrı-seçkilik” səbəbindən KXDR-ə qaçmağa cəhd edib.  

"Bu və ya digər şəkildə sıravi şəxsə siyasi sığınacaq verilməyəcək: əvəzində o, ölkədən çıxarılacaq, lakin harada və nə vaxt olduğu hələ dəqiqləşdirilməyib", - məlumatda deyilir.