Rusiyanın müdafiə büdcəsi 2024-cü ildə 68 faiz artırılacaq. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyi açıqlayıb. 

Qeyd olunub ki, indiki büdcə yeni artımla 106 milyard avroya çatacaq. Nazirlik bu artımı Ukraynadakı müharibə ilə əlaqələndirib. 

Bu, 2024-cü ildə ümumi federal xərclərin təxminən 30 faizini və ÜDM-in 6 faizini təşkil edəcək ki, bu da Rusiyanın müasir tarixində rekord göstəricidir.

Ağarza Elçinoğlu