SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Xızı rayonunda təşkil olunub.

"Unikal" xəbər verir ki, baxışlı kəndində keçirilən aksiyada Bəyəhmədyurdu kəndinin sakinlərinin də müraciətlərinə baxılıb. Adıçəkilən kənddən qatılan sakinlər kəndin qazlaşdırılmasını xahiş etdikləri halda, Baxışlı camaatının istəkləri fərqli olub. Təbii qazla təchiz edilmiş Baxışlı kəndinin mikrofon önünə çıxan sakinləri fərdi yaşayış evinin qazlaşdırılması və qaz xəttinin yerinin dəyişdirilməsi kimi istəklərlə çıxış ediblər.

Xaçmaz RQİİ-nin rəhbər şəxsləri ünvanlanan müraciətlərin aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyatlar aparıblar.