Türkiyəli fenomen Dilan Polatın böyük bacısı Sıla Doğu canlı yayımda verdiyi ifadələrdən sonra saxlanılıb.

"Unikal" xəbər verir ki, əməliyyat zamanı Dilan Polatın böyük bacısı Sıla Doğu nəzarətə götürülüb. 

Dilan Polatın böyük bacısı Sıla Doğu canlı yayımda kokaindən istifadə etdiyini etiraf etdiyi üçün İstanbulda saxlanılıb.

Çirkli pulların yuyulması iddiası ilə gündəmə gələn Dilan Polatın ardınca bacısı Sıla Doğu canlı yayımda kokaindən istifadə etdiyini etiraf edərək söyüş və təhqirlər yağdırdığı videosu ilə sosial mediada gümdəmə çevrilmişdi.

'Kokain' istifadə etdiyini etiraf edən Sıla Doğu İstanbulda polis tərəfindən saxlanılıb. Əməliyyat zamanı 21 ədəd narkotik və stimullaşdırıcı xanaks sintetik həb, 3 ədəd narkotik və stimullaşdırıcı ekstazi həbləri, 1 qram narkotik və stimullaşdırıcı kokain aşkar edilərək götürülüb.