" "İpoteka haqqında" qanun fərqli yanaşaq. Bakıda da, regionda ipoteka ilə ev almaq üçün eyni qaydadır. Gənclərimizin regionda qalması, evlənməsi, fəaliyyət göstərməsi, ev almasını nəzərdə tuturuqsa, burada hər hansı güzəştlər qəbul etməliyik".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib. 

"Regionun əmək haqqısı Bakıdan fərqlidir. Oradakı ipoteka şərtləri dəyişsin ki, gənclər regionda qalıb ipoteka il ev alsın və orada çalışsın", - deyə deputat bildirib.

Anar Kəlbiyev