İnstaqram Kadırovun oğlunun hesabını 6 ay müddətinə bloklayıb.

"Unikal" xəbər verir ki, Instagram Volqoqradda Quranı yandıran  Nikita Juraveli döyən Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırovun hesabını bloklayıb.

Çeçenistan liderinin oğluna “icma qaydalarını pozduğuna” görə altı ay müddətinə qadağa qoyulub.

Bloklamadan sonra Adam Kadırov yeni hesab yaradıb və silahla foto yerləşdirib.

“Bir addım irəlidə”, – Adam Kadırov öz fotosunun şərhində qeyd edib.

Rusiya Prezidenti yanında İnsan Haqları Şurasının üzvü Eva Merkaçeva Çeçenistan rəhbərinin ölkənin hüquq sisteminə “meydan oxuduğunu” deyib.