Misirin hazırkı prezidenti Əbdülfəttah əs-Sisi dekabrın 10-12-nə təyin edilmiş prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürəcəyini açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə o, Qahirədə çıxışı zamanı deyib. 

"Əvvəllər misirlilərin çağırışına cavab verdiyim kimi, bu gün də onların çağırışına cavab verirəm. Yeni prezidentlik müddəti arzusunu tamamlamaq üçün sizin adınıza namizədliyimi irəli sürmək qərarına gəldim. Söz verirəm ki, qarşıdan gələn dövr Misir və onun xalqı naminə ümumi səylərimizin davamı olacaq. Bütün misirliləri prezident seçkilərində fəal iştirak etməyə çağırıram”, - deyə o bildirib. 

Nuranə Abbasova