Korrupsiyada ittiham olunan Nyu Cersi senatoru Robert Menendezin məhkəməsi 2024-cü il mayın 6-da başlayacaq.

"Unikal" xəbər verir ki, bu barədə bazar ertəsi CNBC məlumat yayıb .

Sentyabrın 22-də ABŞ-ın Nyu-Yorkun Cənub Bölgəsi üzrə Prokurorluğu Menendezə qarşı ittihamları açıqlayıb. İttihama görə, deputat və onun həyat yoldaşı “üç Nyu-Cersi ştatından olan iş adamı ilə korrupsioner münasibətlərdə olublar” və “yüz minlərlə dollar rüşvət” alıblar. Senator nağd pul, qızıl külçələr, bahalı avtomobillər və digər qiymətli əşyalar alıb.