ABŞ Dövlət katibi Entoni Blikkenlə İsrailin baş naziri Benyamin Netanyahu arasında görüş başlayıb.
"Unikal" xəbər verir ki, rəsmilər arasında görüş İsrail ordusunun Təl-Əvivdəki Kirya qərargahında keçirilir.
Görüşdə Blinken Netanyahuya “Sizi görmək çox xoşdur. Bunun belə bir şəraitdə baş verdiyinə görə təəssüflənirəm. Biz buradayıq və heç yerə getmirik", - deyərək, dəstək olduqlarını bir daha vurğulayıb.
***
ABŞ Dövlət katibi Entoni Blinken İsrailə səfər edib.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı “Al-Arabiya” yayıb.
***
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken bu gün İsrailə səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Bildirilir ki, Blinken İsrail səfərindən sonra İordaniyaya gedəcək.





















.jpg)































