İsrail heç vaxt nüvə silahının mövcudluğunu rəsmən təsdiqləməyib, lakin ölkənin şimalında yarım əsrdən çoxdur ki, Nüvə Tədqiqatları Mərkəzi fəaliyyət göstərir, burada təsdiqlənməmiş məlumatlara görə, ildə 40 kq-a qədər plutonium istehsal olunur.

"Unikal" xəbər verir ki, bu barədə  “Jerusalem Post” məlumat yayıb. 

Nəşr bildirir ki, İsrailin Dimona şəhərindəki nüvə tədqiqat mərkəzinin yaxınlığında təhlükəsizliklə bağlı insident baş verib.

"Baş verənlərin təfərrüatları hələ aydın deyil. Əvvəllər Livanın Hizbullah qruplaşması bu obyekti hücumla hədələmişdi. Bir sıra yerli media və teleqram kanalları zərbənin Livandan gələn pilotsuz təyyarə tərəfindən həyata keçirildiyini bildirib",- KİV yazıb. 

Gülayə Mecid