"Gözümüzün önündə dünyanın mədəni və sivilizasiya müxtəlifliyini əks etdirən yeni, daha ədalətli çoxqütblü dünya nizamı formalaşır. Gələcəyin konturları mübarizədə doğulur".

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "BMT Nizamnaməsinin prinsiplərinə tam uyğunluq və qarşılıqlı asılılıq beynəlxalq sülh və sabitliyin açarıdır" başlıqlı məqaləsində bildirib.

XİN rəhbəri qeyd edib ki, "Kollektiv Qərb"in xarakterik cəhəti uzun müddətdir ki, bərabərlik prinsipindən imtina və onunla danışıqlar apara bilməməkdir: "Dünyaya yuxarıdan aşağı baxmağa öyrəşmiş "lider"-"izləyici" məntiqinə görə, amerikalılar və onların Avropa peykləri tez-tez yazılı və hüquqi qüvvəyə malik olan öhdəliklər götürürlər. Və sonra onlar sadəcə həyata keçirilmir. Prezident Vladimir Putinin qeyd etdiyi kimi, Qərb əsl "yalan imperiyasıdır". Bunu bir çox başqa ölkələr kimi biz də bilirik. 

Nasist Almaniyası təslim olmamışdan əvvəl də, İkinci Dünya Müharibəsindəki müttəfiqlərimiz Vaşinqton və Londonun SSRİ-yə qarşı hərbi əməliyyat planlarını necə hazırladığını, 1949-cu ildə isə ABŞ-ninn nüvə silahı işə salmaq planlarını necə hazırladığını xatırlamaq kifayətdir". 

Lavrovun sözlərinə görə, indi Brüssel öz geosiyasi ambisiyalarını düşünür: "Öz "vasitəçilik xidmətlərini" Azərbaycan və Ermənistana yükləyir, bu da Cənubi Qafqazda sabitliyin pozulmasına gətirib çıxarır. 

İrəvan və Bakı liderləri iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll edəndə, dinc həyatın və etimadın möhkəmlənməsinin vaxtı çatacaq. Rusiya sülhməramlı kontingenti buna hər cür töhfə verməyə hazırdır". 

Ağarza Elçinoğlu