"Almaniya Yaxın Şərqdəki münaqişədə yalnız İsrailin tərəfində mövqe tuta bilər".

"Unikal" xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı deyib. 

Şolts, ölkənin özünü müdafiə edə bilməsi üçün İsrailin təhlükəsizliyinin bərpasının zəruriliyinə diqqət çəkib. 

“Biz aydın şəkildə bildiririk ki, beynəlxalq hüquqa görə, İsrail özünü və vətəndaşlarını bu vəhşi hücumdan müdafiə etmək hüququna malikdir”, - kansler Almaniya vətəndaşlarının HƏMAS girovları arasında olduğunu təsdiqləyib.

Həmçinin, o, Fələstin hakimiyyətinin HƏMAS-ın hücumuna aydın cavab verməməsini biabırçılıq adlandırıb. 

Gülayə Mecid